Nazirlər Kabineti (NK) 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Dövlət Neft Şirkətinin (SOCAR) 2026-cı il 1 may – 2027-ci il 31 mart tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 205 min ton və 201 min ton yuxarı hədd müəyyən edilib. Həmin dövrdə ölkədə idxal olunan Aİ-92 markalı benzin və dizel yanacağı üzrə aksiz vergisi müvəqqəti olaraq hər ton üçün 200 manatdan 1 manata endirilib.
Qərarın məqsədi daxili yanacaq bazarında sabitliyin təmin edilməsi və fasiləsiz təchizatın qorunmasıdır.
Bununla bağlı NK həmçinin "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə müvafiq dəyişikliklər edib.
2710 12 413 0
mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən
az oktan ədədi ilə
1 ton üçün 200 manat (2026- cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat)
2710 12 510 1
mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan
ədədi ilə
1 ton üçün 200 manat (2026- cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat)
2
2710 19 421 1 –
2710 19 480 9
digər qazoyllar, o cümlədən dizel yanacağı
1 ton üçün 80 manat (2026-cı il 1 may tarixindən 2027-ci il
31 mart tarixinədək –
1,0 manat)