IMG-LOGO

"Real"ın futbolçusu Eduardu Kamavinqa karyerası ilə bağlı qərar verib

27 Apr 2026 17:45 4 baxış
IMG

İspaniyanın "Real" klubunun futbolçusu Eduardu Kamavinqa karyerası ilə bağlı qərar verib.

"Repor" "Marca" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi transfer şayiələrinə və rəhbərliyin onu satmaq istəməsinə baxmayaraq, Madrid təmsilçisindən ayrılmağı planlaşdırmır.

Fransa millisinin üzvü yayda bütün təklifləri rədd etmək niyyətindədir.

Kamavinqa Madriddə qalmaq istəyir və komandada yenidən əsas oyunçu olmaq üçün vəziyyəti öz xeyrinə dəyişməyə qərarlıdır.

Xatırladaq ki, 2021-ci ildən "Real"da çıxış edən futbolçu cari mövsüm bütün turnirlərdə 39 oyuna iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

Xəbər lenti