IMG-LOGO

Bakıda və bu rayonlarda güclü külək əsir, yağış yağır - Faktiki HAVA

27 Apr 2026 18:11 3 baxış
IMG
0 0

Aprelin 27-si saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Naftalanda 18, Tovuzda 17 m/s-dək güclənir.

Quba, Qusar (Laza), Xaçmaz, Daşkəsən, Lerik və Astarada arabir şimşək çaxır, yağış yağır.

Hava proqnozu

Xəbər lenti