IMG-LOGO

Fon der Lyayen və Madyar Macarıstan üçün 17 milyard avronun blokadadan çıxarılması ilə bağlı danışıqlar aparacaq

27 Apr 2026 18:24 5 baxış
IMG

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Macarıstanın gələcək Baş naziri Peter Madyar aprelin 29-da Avropa İttifaqının dondurulmuş 17 milyard avro vəsaitinin blokdan çıxarılması üçün Budapeştin həyata keçirməsi zəruri olan islahatları müzakirə edəcəklər.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Avropa Komissiyasına istinadən məlumat yayıb.

Agentlik bildirir ki, bu vəsaitin bir hissəsi, xüsusilə pandemiyadan sonrakı Bərpa Fondundan ayrılmış 11 milyard avro avqustun ortalarına qədər istifadə olunmalıdır, əks halda bu imkan birdəfəlik itiriləcək.

Danışıqlar vəsaitin blokdan çıxarılması üzrə tədbirlərlə bağlı olacaq, lakin digər məsələləri - məsələn, Macarıstanın "Erasmus" tələbə mübadiləsi proqramına qayıdışını da əhatə edə bilər. Ölkənin proqramda iştirakı akademik azadlıqla bağlı narahatlıqlar səbəbindən 2023-cü ilin əvvəlindən dayandırılıb.

Xəbər lenti