IMG-LOGO

Faktiki hava: Bakıda və Abşeron yarımadasında küləyin sürəti artıb

27 Apr 2026 18:06 5 baxış
IMG

Aprelin 27-si saat 18:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Naftalanda 18, Tovuzda 17 m/s-dək güclənir.

Quba, Qusar (Laza), Xaçmaz, Daşkəsən, Lerik və Astarada arabir şimşək çaxır, yağış yağır.

Xəbər lenti