IMG-LOGO

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəlib

27 Apr 2026 22:24 4 baxış
IMG

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəlib.

Bu barədə "Report"a Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib.

Bildirilib ki, dünya Minifutbol Federasiyası (WMF) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Siyahının ilk pilləsində son dünya çempionatının qalibi olan Azərbaycan millisi qərarlaşıb.

Hesabında 4 085 xal olan Elşad Quliyevin rəhbərlik etdiyi komanda tarixində ilk dəfə bu uğura imza atıb.

Reytinq cədvəlinin ikinci pilləsində 3 890 xalla son Avropa çempionu Serbiya yer alır. İlk "üçlüy"ü isə 3 385 xalla Rumıniya komandası tamamlayır.

Xəbər lenti