IMG-LOGO

Avropa çempionu Ali Tsokayev: "Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam"

27 Apr 2026 22:20 4 baxış
IMG

Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam.

"Report" xəbər verir ki, bunu Albaniyada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın güləşçi Ali Tsokayev qələbəsini şərh edərkən deyib.

"İlk dəfə idi ki, böyüklər arasında Avropa Çempionatında iştirak edirdim. Çox şadam ki, debütümdə qızıl medal qazana bildim. Mənim uğurumda Azərbaycan Güləş Federasiyasının böyük rolu olub. Bu qələbəni federasiyaya və Azərbaycan xalqına həsr edirəm. Gələcəkdə də azarkeşləri qızıl medallarla sevindirməyə çalışacağam", - o deyib.

Gələcək planlarından danışan idmançı qeyd edib ki, güləş üzrə dünya çempionatında da uğurla çıxış edəcəyini gözləyir.

Xatırladaq ki, Azərbaycan güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatını 13 medalla başa vurublar. Ali Tsokayev (92 kq) finalda Ahmed Batayevə (Bolqarıstan) qalib gələrək Avropa çempionu olub.

Xəbər lenti