IMG-LOGO

Pentaqon: ABŞ-nin hipersəsli silahlara qarşı müdafiə sistemi yoxdur

28 Apr 2026 08:02 4 baxış
IMG

ABŞ Silahlı Qüvvələrində hazırda hipersəsli silahlara və qabaqcıl qanadlı raketlərə qarşı müdafiə sistemi yoxdur.

"Report"un məlumatına görə, ABŞ müdafiə nazirinin kosmos sahəsində siyasət üzrə köməkçisi Mark Berkoviç bunu Senatın Silahlı Qüvvələr Komitəsinin dinləməsində bildirib.

O, hazırlanan "Qızıl Günbəz" yeni nəsil raketdən müdafiə sistemi ilə bağlı sualları cavablandırarkən mövcud sistemin məhdud olduğunu qeyd edib.

"Bu gün Şimali Koreya tərəfindən gözlənilməz kiçik miqyaslı qəfil hücumları dəf etmək üçün xüsusi olaraq hazırlanmış çox məhdud, yerüstü əsaslı, bir səviyyəli müdafiə sistemimiz var", - o deyib.

"Digər ballistik raket hücumlarına qarşı durmaq üçün çox məhdud imkanlarımız var və əgər qabaqcıl qanadlı raketlərdən danışırıqsa, bu gün hipersəsli silahlara və ya qanadlı raketlərinə qarşı heç bir müdafiəmiz yoxdur", - Berkoviç əlavə edib.

Xəbər lenti