UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək.
"Report"un məlumatına görə, raundun ilk matçında PSJ Fransada Almaniyanın "Bavariya" komandasını qəbul edəcək.
Qarşılaşma "Park de Prens" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi isveçrəli Sandro Şerer olacaq.
Tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.
Xatırladaq ki, yarımfinalın digər matçı aprelin 29-da təşkil olunacaq. "Atletiko" İspaniyada İngiltərənin "Arsenal" kollektivi ilə üz-üzə gələcək.