Kevin Medina "Qarabağ"ın heyətində 200-cü oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kolumbiyalı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XXIX turunun "Neftçi" ilə görüşünə (5:1) təsadüf edib.
O, 200 matçda 6 qola imza atıb.
Bu, K.Medinanın çempionatda 117-ci (3 qol) oyunu olub. O, avrokuboklarda 69 (3 qol), ölkə kubokunda 14 dəfə meydana çıxıb.
Qeyd edək ki, cənubi amerikalı futbolçu 2020-ci ilin yayından "Qarabağ"da forma geyinir.