IMG-LOGO

Musa Qurbanlı "Qarabağ"ın səfər matçlarında yubiley qolunun müəllifi olub

28 Apr 2026 11:18 3 baxış
IMG

"Qarabağ" Azərbaycan çempionatlarında 700-cü səfər qolunu vurub.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley topuna Musa Qurbanlı imza atıb.

O, Misli Premyer Liqasının XXIX turunun "Neftçi" ilə oyununda (5:1) hesabı açıb. Rəqib meydanlarında 488-ci görüşünə çıxan Ağdam klubu qol sayını 704-ə çatdırıb. Bu göstəricidə mütləq rekordçu olan "Qarabağ"ın orta məhsuldarlığı 1,44-ə bərabərdir.

Ağdamlıların ilk qolu 1992-ci il mövsümünə təsadüf edib. 1992-ci il mayın 9-da "Plastik"lə matçın (2:0) 55-ci dəqiqəsində Cavanşir Novruzov meydan sahiblərinin qapısına yol tapıb.

Xəbər lenti