İtaliyanın "Napoli" klubunun futbolçusu Romelu Lukakunun karyerasını davam etdirmək üçün üstünlük verdiyi komanda müəyyənləşib.
"Report" insayder Matteo Morettoya istinadən xəbər verir ki, 32 yaşlı hücumçu "Milan"a keçmək istəyir.
Hazırda tərəflər arasında rəsmi danışıqların aparılıb-aparılmadığı məlum deyil, lakin belçikalı forvardın agentləri tezliklə onun xidmətlərini "rossonerilər"ə təklif edəcək.
Lukakunun rəhbərliklə münaqişə səbəbindən yayda Neapol təmsilçisindən ayrılacağı gözlənilir.
Xatırladaq ki, Romelu Lukaku cari mövsüm "Napoli"də cəmi 7 oyunda (1 qol) meydanda olub. O, səhhətindəki problemlərə görə mövsümün böyük hissəsini buraxıb.