IMG-LOGO

"Mançester Siti" Con Stounzla vidalaşacağını açıqlayıb

28 Apr 2026 17:01 2 baxış
IMG

İngiltərənin "Mançester Siti" klubu mövsümün sonunda futbolçusu Con Stounzla yollarını ayıracağını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat yayıb.

31 yaşlı müdafiəçi yayda azad agent kimi komandanı tərk edəcək.

Xatırladaq ki, 2016-cı ildən "Mançester Siti"də çıxış edən oyunçu cari mövsüm 13 matçda meydanda olub.

Xəbər lenti