AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XXIX turunda keçirilən oyunlarda mübahisəli epizodlar zamanı hakimlərin düzgün qərarlar verdiyini təsdiqləyib.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssis 4 matçla bağlı fikirlərini bölüşüb.
"İmişli" – "Sumqayıt" oyununda qonaqların lehinə təyin edilən penalti qərarı haqlı sayılıb.
"Şamaxı" – "Kəpəz" görüşündə Gəncə təmsilçisinin vurduğu qol qaydalar çərçivəsində ləğv edilib.
"Turan Tovuz" – "Zirə" matçında qonaqların lehinə penalti təyin olunmaması düzgün qərar kimi qiymətləndirilib. Bu qarşılaşmada həmçinin "Zirə"nin vurduğu qol ofsayd səbəbindən haqlı olaraq ləğv edilib.
"Sabah" – "Karvan-Yevlax" oyununda isə hakimin meydan sahiblərinin oyunçusuna qırmızı vərəqə göstərməsi haqlı qərar sayılıb.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun Misli Premyer Liqasının XXIX turunda keçirilmiş oyunlardakı mübahisəli epizodlarla bağlı şərhini təqdim edirik:
Rəhim Həsənov hakimlərin mübahisəli epizodlar zamanı düzgün qərarlar verdiyini təsdiqləyib
