IMG-LOGO

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

29 Apr 2026 11:48 3 baxış
IMG

"Sumqayıt" komandasının cari mövsümdə səkkiz penaltidən beşini boşa verməsi təsadüfdür.

Bu barədə "Report"a "gənclik şəhəri" təmsilçisinin futbolçusu Rüstəm Əhmədzadə açıqlama verib.

25 yaşlı hücumçu Misli Premyer Liqasında 11 metrlik cərimə zərbələri zamanı şanssız olduqlarını bildirib:

"Penaltilər "lotereya"dır. Səkkiz zərbədən yararlana bilməməyimiz, sadəcə, təsadüfdür. Bu baxımdan şans bizim tərəfimizdə deyil".

R.Əhmədzadə komandanın ardıcıl iki matçda qalib gəlməsinə də toxunub:

"Düşünürəm ki, növbəti matç bizim üçün çox önəmlidir. Qalib gəlməliyik. İstədiyimiz nəticəni əldə etsək, böhrandan çıxdığımızı deyə bilərik. Bir müddət uğursuzluqla üzləşdik. Belə olmasaydı, bəlkə də avrokuboklar üçün şanslarımız qalardı".

Xatırladaq ki, bir komandanın mövsümdə 5 penaltidən yararlanmaması turnirdə XXI əsrin antirekordudur.

Xəbər lenti