Sumqayıtın "Odlar Yurdu" komandası AFFA U-12 Liqasından kənarlaşdırılıb.
"Report" xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.
Komandanın "Məhəllə uşaqları" (Sumqayıt) ilə matçı heyətlərində yetərsay olmadığı üçün baş tutmayıb. "Odlar Yurdu" 0:3 hesablı texniki məğlubiyyət alıb və bu hal üçüncü dəfə təkrarlandığına görə turnirdən uzaqlaşdırılıb.
Bundan əlavə, AFFA U-15 Liqasında "Xudat City" komandası "Karvan-Yevlax"la görüşə çıxmaqdan imtina etdiyinə görə 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.