PSJ-nin baş məşqçisi Luis Enrike və onun yetirmələri gərgin keçən oyunda "Bavariya " üzərində 5-4 hesablı qələbə qazanmağı bacarıblar.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bununla da ispaniyalı Çempionlar Liqasında 50-ci qələbəsini qazanıb. Onu da qeyd etmək lazımdır ki, bu oyun Enrikenin məşqçi kimi bu yarışda 77-ci qələbəsi olub.
Luis artıq Pep Qvardiolanın Çempionlar Liqasında 80 oyunda 50 qələbə rekordunu qırıb. PSJ-nin məşqçisi bu mərhələyə digər məşqçilərdən daha tez çatıb.
Qeyd etmək lazımdır ki, Fransa komandası son 10 oyunun doqquzunda ümumi hesabı 30-7 olan qələbə qazanıb. Bu dövrdə yeganə məğlubiyyəti “Lion”la oyunda (1:2) olub.
İdman xəbərləri