IMG-LOGO

Premyer Liqa: Təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu bu gün keçiriləcək

30 Apr 2026 09:25 5 baxış
IMG

Misli Premyer Liqasının XXI turunda təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu bu gün keçiriləcək.

"Report"un məlumatına görə, matç "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.

Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq.

Ağdam təmsilçisi çempionatda 59 xalla ikinci, Bakı klubu 44 xalla beşinci pillədə qərarlaşıb.

Xatırladaq ki, aprelin 26-da, XXIX turun oyununda "Qarabağ" rəqibini 5:1 hesabı ilə üstələyib.

Xəbər lenti