IMG-LOGO

Nəriman Axundzadə "Kolambus Kryu"nun heyətində ABŞ Kuboku oyununda iştirak edib

30 Apr 2026 09:19 4 baxış
IMG

Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" komandasının heyətində növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, 22 yaşlı hücumçu ölkə kubokunun 1/8 finalında, "One Knoxville" ilə matçda meydanda olub.

Qarşılaşmaya start heyətində başlayan forvard sonadək əvəzlənməyib. Görüş "Kolambus Kryu"nun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, Nəriman Axundzadə fevralda MLS təmsilçisi ilə anlaşıb.

Xəbər lenti