IMG-LOGO

Azərbaycan çimərlik futbolu millisi ilk yoldaşlıq matçında Belarusa uduzub

30 Apr 2026 10:43 6 baxış
IMG

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi ilk yoldaşlıq oyununu keçirib.

"Report" xəbər verir ki, komanda Belarus yığması ilə qarşılaşıb.

Su İdmanı Sarayında təşkil olunan görüş qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolu Ramil Əliyev vurub.

Xəbər lenti