IMG-LOGO

"Barselona" Juan Kanselunu heyətdə saxlamaq üçün danışıqlara başlayıb

30 Apr 2026 12:47 3 baxış
IMG

İspaniyanın "Barselona" klubu icarə əsasında komandada çıxış edən Juan Kanselunu heyətdə saxlamaq niyyətindədir.

"Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, son ölkə çempionu 31 yaşlı cinah müdafiəçisinin birdəfəlik transferi üçün Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"la danışıqlar aparır.

Portuqaliyalı oyunçunun icarə müqaviləsinin müddətinin artırılması da gündəmdədir.

Xatırladaq ki, 2023/2024 mövsümündə də "Barselona"da çıxış edən Juan Kanselu cari ilin əvvəlində komandaya keçib.

Xəbər lenti