IMG-LOGO

UEFA Avropa Liqası: "Braqa" və "Nottinqem Forest" qalib gəlib

01 May 2026 01:34 3 baxış
IMG

UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.

"Report"un məlumatına görə, Portuqaliyanın "Braqa" klubu Almaniya təmsilçisi "Frayburq"u qəbul edib. Qarşılaşma Portuqaliya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər görüşdə isə İngiltərə komandaları - "Nottinqem Forest" komandası öz meydanında "Aston Villa" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, raundun cavab matçları mayın 7-də keçiriləcək.

Xəbər lenti