IMG-LOGO

"Qızıl top" mükafatına namizədlərin yenilənmiş siyahısında Harri Keyn liderdir

01 May 2026 10:46 4 baxış
IMG

2025/2026 mövsümündə "Qızıl top" mükafatını qazanmağa namizəd futbolçuların siyahısı yenilənib.

"Report" xəbər verir ki, "Goal.com" saytının tərtib etdiyi reytinqə Almaniyanın "Bavariya" klubunun və İngiltərə millisinin futbolçusu Harri Keyn başçılıq edir.

Onun Münhen təmsilçisindəki fransalı komanda yoldaşı Maykl Olise ikinci, İspaniya yığmasının və "Barselona"nın üzvü Lamin Yamal üçüncü sıradadır.

Xatırladaq ki, "Qızıl top"un mükafatlandırma mərasimi sentyabrda Parisdə baş tutacaq. 2025-ci ildə Fransanın PSJ klubunun oyunçusu Usman Dembele bu mükafata sahib çıxıb.

Xəbər lenti