IMG-LOGO

Azərbaycanın çimərlik futbolu yığması Belarusa ikinci yoldaşlıq matçında qalib gəlib

01 May 2026 12:50 4 baxış
IMG

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi ikinci yoldaşlıq oyununu keçirib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda yenə Belarus millisi ilə qarşılaşıb.

Su İdmanı Sarayında təşkil olunan görüş millimizin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Ramil Əliyev, İsa Zeynallı, Bayram Bayramlı və Sahib Məmmədov vurublar.

Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda bu rəqibə 1:3 hesabı ilə uduzub.

Xəbər lenti