IMG-LOGO

Braziliyalı futbolçu Halkın yeni klubu müəyyənləşib

04 May 2026 09:20 2 baxış
IMG

Braziliya millisinin sabiq futbolçusu Halkın (Givanildo Souza) karyerasını hansı klubda davam etdirəcəyi bəlli olub.

"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, "Atletiko Mineyro"dan ayrılan 39 yaşlı hücumçu "Fluminense"də çıxış edəcək.

Mümkün transferin təfərrüatları hələlik açıqlanmayıb.

Xatırladaq ki, mayın 2-də klubla vidalaşan Halk 2021-ci ildən "Atletiko Mineyro"da çıxış edib. O, bu müddət ərzində bütün yarışlarda 309 oyuna 140 qol və 56 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliyada "Portu", Rusiyada "Zenit" kimi komandaların da formasını geyinmiş futbolçu Yaponiya və Çində də legioner həyatı yaşayıb.

Xəbər lenti