IMG-LOGO

La Liqa klubu "Xetafe" baş məşqçi dəyişikliyinə hazırlaşır

04 May 2026 18:33 3 baxış
IMG

İspaniya La Liqası təmsilçisi "Xetafe" yeni mövsümdən etibarən baş məşçi postuna Fabio Çelestinini gətirə bilər.

"Report" "Marca" qəzetinə istinadən xəbər verir ki, hazırkı baş məşqçi Xose Bordalas müqaviləsini yeniləmək niyyətində deyil və yayda komandadan ayrılmağa yaxındır.

Klub rəhbərliyi artıq isveçrəli mütəxəssislə ilkin danışıqlara başlayıb.

Qeyd edək ki, Çelestini daha əvvəl "Bazel" ilə İsveçrə çempionu və kubokun qalibi olub, həmçinin ölkəsində "Sion", "Lüsern", "Luqano" və "Lozanna" klublarını çalışdırıb. Hazırda "Xetafe" İspaniya çempionatında 34 turdan sonra 44 xalla 7-ci pillədə qərarlaşıb.

Xəbər lenti