IMG-LOGO

Babək Quliyev UEFA-nın Berlində keçiriləcək hakim-inspektorlar üçün seminarına dəvət alıb

05 May 2026 11:25 4 baxış
IMG

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan dəvət alıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Almaniyanın paytaxtı Berlində keçiriləcək hakim-inspektorlar üçün seminara qatılacaq.

Mayın 11-dən 13-dək təşkil olunacaq tədbirdə Avropanın müxtəlif ölkələrindən 70 UEFA hakim-inspektorunun iştirakı nəzərdə tutulur.

Xəbər lenti