Azərbaycan və İslam İnkişaf Bankı (IsDB) arasında strateji əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
"Report" bu barədə IsDB-yə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyat naziri, IsDB-nin Azərbaycan üzrə rəhbəri və IsDB Qrupunun Rəhbərlər Şurasının 2026-cı il üçün sədri Mikayıl Cabbarov Bakıda Qrupun sədri Məhəmməd Əl-Casirlə görüşüb.
Görüşdə tərəflər arasında mövcud olan güclü və davamlı tərəfdaşlıq fonunda strateji əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Tərəflər IsDB Qrupunun qarşıdan gələn İllik İclaslarına hazırlıq prosesinə, eləcə də aktiv layihələr portfelinin, o cümlədən IsDB-nin Azərbaycandakı ən böyük əməliyyatlarından biri olan 436,67 milyon ABŞ dolları dəyərindəki Qarabağ suvarma kanalının yenidən qurulmasına diqqət yetirib.
Hər iki tərəf yaşıl infrastruktur, iqtisadi diversifikasiya və İslam maliyyəsi sahəsində əməkdaşlığı genişləndirmək üçün gələcəyə yönəlmiş yol xəritəsi olan üzv ölkə ilə tərəfdaşlıq strategiyası (2027–2031-ci illər) üzrə razılığa gəliblər.