IMG-LOGO

Sabah Hacıqabul və Ağsu rayonlarının bəzi kəndlərində qaz kəsiləcək

05 May 2026 13:21 4 baxış
IMG

Sabah Hacıqabul və Ağsu rayonlarının bəzi kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Hacıqabul rayonunun Padar kəndinin və Ağsu rayonunun Padarqışlaq kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti