IMG-LOGO

Özbəkistan Çinlə enerji sistemlərini birləşdirmək üçün danışıqlar aparır

05 May 2026 15:02 3 baxış
IMG

Özbəkistan Çinin enerji sisteminə qoşulmanı müzakirə edir, eyni zamanda Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Avropaya "yaşıl enerji"nin ixracı üzrə irimiqyaslı layihəni inkişaf etdirir.

"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 59-cu illik toplantısı çərçivəsində keçirilən "Panasiya Enerji Sistemi"nə (PAGI) həsr olunmuş seminarda bildirib.

"Özbəkistan öz strategiyasını irimiqyaslı transkontinental enerji dəhlizləri kontekstində qurur. Xüsusilə, söhbət yüksək gərginlikli sabit cərəyan xətləri (HVDC) texnologiyası əsasında elektrik enerjisinin ötürülməsi layihəsinin yaradılmasında iştirakdan gedir. Layihənin məqsədi Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan marşrutu vasitəsilə Avropaya "yaşıl enerji" ixrac etməkdir.

Texniki-iqtisadi əsaslandırmanın hazırlanmasında dəstəyinə görə ADB-yə minnətdarlığımızı bildiririk. Yyni vaxtda, əməkdaşlığımızın coğrafi sərhədlərini əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək Çinin enerji sistemi ilə potensial inteqrasiyaya dair məsləhətləşmələr aparılır. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, respublika öz ənənəvi rolunun hüdudlarını inamla aşır və bu gün özünü elektrik enerjisinin etibarlı istehsalçısı, səmərəli tranzit dəhlizi və ən əsası, enerji sistemlərinin regional inteqratoru kimi mövqeləndirir", - C.Xocayev deyib.

Xəbər lenti