IMG-LOGO

CAREC-in 25-ci konfransının keçiriləcəyi ölkə məlum olub

05 May 2026 18:01 3 baxış
IMG

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) 25-ci yubiley nazirlər konfransı Monqolustanda keçiriləcək.

"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Leya Qutiyerres (Leah Gutierrez) ADB-in Mərkəzi və Qərbi Asiyadakı fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib. Tədbir ADB Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilib.

Konfransın 2026-cı ilin noyabrında baş tutması gözlənilir.

"24-cü nazirlər konfransı Bişkekdə (Qırğızıstan) keçirilib, yubiley konfransı isə Monqolustanda təşkil olunacaq", - L.Qutiyerres qeyd edib.

Xəbər lenti