Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanın Seqed şəhərində keçiriləcək Dünya Kubokunun birinci mərhələsində iştirak edəcək.
Bu barədə "Report"a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.
Yarış 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Olimpiya Oyunlarına reytinq xalı verəcək.
Xatırladaq ki, kayak və kanoe üzrə Dünya Kuboku mayın 8-10-da təşkil olunacaq.