IMG-LOGO

SEPAH bütün gəmiləri Hörmüz boğazından İranın marşrutu ilə keçməyə çağırıb

05 May 2026 21:48 5 baxış
IMG

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) bütün gəmiləri Hörmüz boğazından yalnız Tehran tərəfindən təqdim edilən dəhlizlə keçməyə çağırıb.

"Report" xəbər verir ki, hərbçilərin bu xəbərdarlığını İranın dövlət televiziyası yayıb.

"İran tərəfindən təqdim edilən dəhliz Hörmüz boğazından keçməyin yeganə təhlükəsiz yoludur. Gəmilərin başqa marşrutlara yönləndirilməsi təhlükəlidir və SEPAH HDQ bu addıma əl atan hər kəsə qarşı qəti tədbirlər görəcək", - bəyanatda qeyd olunub.

Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib, ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.

Aprelin 8-ə keçən gecə İran, ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Uzun çəkən müzakirələrdən sonra tərəflər görüşü razılıq əldə etmədən başa çatdırıblar.

ABŞ Tehrana təzyiq vasitəsi kimi İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. İran bildirib ki, Hörmüz Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq bağlanıb. Regiondakı vəziyyət dünya enerji böhranına səbəb olub.

Xəbər lenti