İranın Kermanşah əyalətində 5 maqnitudada zəlzələ qeydə alınıb.
"Report"un məlumatına görə, bu barədə ölkənin dövlət televiziyası xəbər verir.
Məlumata görə, zəlzələ əyalətin Qərbi Gilan rayonunda qeydə alınıb.
Tehran Universitetinin Seysmologiya Mərkəzi zəlzələ ocağının 9 kilometr dərinlikdə yerləşdiyini bildirib.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.