Zaqatalada yarımstansiyada qəza olub.
Lent.az APA-ya istinadla bildirir ki, gecə saatlarında Tala çayının sağ sahilində yerləşən "Tala" elektrik yarımstansiyasında qəza baş verib. Baş vermiş qəza səbəbindən rayonun Yuxarı Tala və Aşağı Tala kəndlərinə elektrik enerjisinin verilməsi dayanıb, 15 mindən çox əhali elektrik enerjisiz qalıb.
Hazırda Zaqatala Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları kəndlərə alternativ yolla elektrik enerjisinin verilməsi istiqamətində işlər aparır.
Azərişıq işıq Zaqatala