Latviyanın xarici işlər naziri Bayba Braje mayın 6-dan 7-dək İrəvana (Ermənistan) işgüzar səfər edəcək.
"Report"un Latviya Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi məlumata görə, onun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü planlaşdırılır.
Görüş zamanı tərəflər ikitərəfli münasibətləri müzakirə edəcəklər.
"Görüşdə, həmçinin Avropa İttifaqı və Ermənistan arasında əməkdaşlıq məsələləri, mayın 5-də baş tutmuş ilk Avropa İttifaqı-Ermənistan sammitinin əsas nəticələri, eləcə də regional və beynəlxalq gündəliyin aktual mövzuları, o cümlədən Ermənistan-Azərbaycan sülh prosesi, Ukraynada və Yaxın Şərqdəki vəziyyət nəzərdən keçiriləcək", - XİN-in məlumatında bildirilib.
Məlumata görə, səfər çərçivəsində B.Brajenin "İrəvan dialoqu - 2026" konfransında iştirakı da nəzərdə tutulub.