IMG-LOGO

Azərbaycanın 16 yaşadək qızlardan ibarət millisi UEFA İnkişaf Turnirində ilk oyununa çıxır

06 May 2026 10:26 3 baxış
IMG

16 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununa çıxacaq.

"Report" xəbər verir ki, komanda Litvanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Görüş Binə stadionunda, Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Xatırladaq ki, U-16 mayın 8-də, eyni saatda Rumıniya, 11-də, saat 12:00-da isə Gürcüstanla üz-üzə gələcək.

Xəbər lenti