IMG-LOGO

İlhamə Qədimova: "İşğaldan azad edilmiş ərazilərdə torpaqların istifadəsinə böyük imkan yaradılıb"

06 May 2026 10:20 3 baxış
IMG

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlardan həm biznes subyektlərinin, həm də həmin yerlərə köçən sakinlərin istifadəsinə böyük imkanlar yaradılıb.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda "Caspian Agro Week" çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda bildirib.

Nazir müavini qeyd edib ki, hazırda azad edilmiş ərazilərdə 21 min hektar ərazini əhatə edən üçüncü müsabiqənin davam edir: "Ötən bir il ərzində iki müsabiqə həyata keçirilib ki, biznes subyektlərinə bu kənd təsərrüfatı torpaqlarının istifadəyə verilməsi ilə bağlı müqavilələr bağlanıb, onların bu sahədə işlərə start verilməsinə səbəb olub. Hazırda da üçüncü müsabiqə davam edir ki, həmin müsabiqəyə 21 min hektarın istifadəsi artıq nəzərdə tutulur. Nazirliyin bu rayonlarda dəstəyi digər rayonlardan xeyli fərqlənir. Burada həm subsidiya dəstəkləri, həm güzəşt dəstəkləri davam etməklə birlikdə, subsidiya dəstəkləri daha yüksək səviyyədə tətbiq olunur".

İ. Qədimova həmçinin əlavə edib ki, azad edilmiş ərazilərdə torpaqların təhlükəsizliyi məsələsi də xüsusi diqqət mərkəzindədir: "Ötən ildən indiyədək istifadəyə verilən torpaqlara dair başqa təhlükələr də cari halda mövcuddur. Xüsusilə minalarla bağlı vəziyyəti biz də bilirik. Bunu subyektlərlə birlikdə paylaşırıq, bu məsələ öz həllini tapmalıdır ki, torpaqlar tam mənasında istifadə edilə bilsin".

Xəbər lenti