Türkiyə Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcək.
"Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan qardaş ölkədir:
"Bu baxımdan, bütün sahələrdə güclü əlaqələrimiz var və müttəfiqlik münasibətlərimiz strateji tərəfdaşlıqdan da irəliyə gedəcək. Bundan başqa, Türkiyənin müdafiə sənayesi sahəsində də Azərbaycanla çox güclü əlaqələri var. Bunları daha da inkişaf etdirməyə davam edəcəyik".