IMG-LOGO

Alen Simonyan: Dəvət alsam, Azərbaycana gedərəm

06 May 2026 13:20 3 baxış
IMG

Ermənistan parlamentinin sədri Alen Simonyan dəvət alacağı təqdirdə Azərbaycana səfər etməyə hazır olduğunu yenidən ifadə edib.

"Report"un Ermənistan mediasına istinadən məlumatına görə, A.Simonyan bunu jurnalistlərə bildirib.

"Əgər mən də dəvət olunsam, münasib fürsət yarandıqda Azərbaycana səfər etməyə hazıram. Həmkarımı (Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı - red.) İrəvana səfərə dəvət edirəm", - o deyib.

Xəbər lenti