Quba rayonunun 3 kəndinin adı dəyişdirilir.
Lent.az APA-ya istinadla bildirir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq və Vladimirovka kend inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək.
Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək.
Quba Qubanın kəndləri syasət Milli Məclis Milli Məclisin iclasları