IMG-LOGO

Qan qrupunuz düşündüyünüzdən fərqli ola bilər: gizli “açar” aşkar edildi

06 May 2026 15:58 3 baxış
IMG
0 0

Bu məlumatların yeni DNT-çiplərinin yaradılmasında istifadə olunması planlaşdırılır. İsveçdə yerləşən Lund University mütəxəssisləri transfuziologiya sahəsində mühüm irəliləyiş əldə edərək standart qan qrupu testlərinin niyə bəzən səhv nəticə verə bildiyini izah ediblər. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qan qrupları eritrositlərin (qırmızı qan hüceyrələrinin) səthində yerləşən antigenlərə görə müəyyən olunur. Bu antigenlər immun sistemə “öz” və “yad” hüceyrələri ayırd etməyə kömək edir.

Araşdırmada qeyd olunur ki, əvvəllər alimlər eyni qan qrupuna malik insanlarda bu molekulların sayının niyə minlərlə dəfə fərqləndiyini izah edə bilmirdilər.

Genetik “açarlar”

Məlumata görə, alimlər transkripsiya faktorları adlanan xüsusi zülalları aşkar ediblər. Onlar molekulyar “açarlar” kimi fəaliyyət göstərərək genlərin aktivliyini tənzimləyir. Məhz bu faktorlar nadir Helgeson blood group qan qrupuna cavabdehdir. Bu qrup CR1 zülalının aşağı səviyyəsi ilə xarakterizə olunur və yalnız insanların təxminən 1 faizində rast gəlinir.

Evolyusion qorunma mexanizmi

Aspirant Gloria Wu tərəfindən hazırlanmış hesablama sistemi vasitəsilə alimlər 33 qan qrupu geni arasında demək olar ki, 200 əlaqə nöqtəsini müəyyən ediblər. Məlum olub ki, Helqeson variantının səbəbi DNT-nin transkripsiya faktorunun bağlanmalı olduğu hissəsində baş verən dəyişiklikdir.

Maraqlıdır ki, qanda bəzi molekulların aşağı səviyyədə olması sadəcə problem deyil, həm də sağ qalma mexanizmidir. Tədqiqatçılar hesab edirlər ki, bu genetik variant daha çox Cənub-Şərqi Asiya əhalisində rast gəlinir, çünki o, parazitlərin orqanizmə daxil olmasına mane olur.  

qan qrupu testləri hansı səbəbdən səhv nəticə verə bilər

Xəbər lenti