IMG-LOGO

Azərbaycan və Serbiyanın NATO-dakı nümayəndələri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

06 May 2026 17:00 4 baxış
IMG

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə Serbiyanın alyansdakı nümayəndəliyinin rəhbəri Branimir Filipoviç ilə ikitərəfli münasibətləri müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

Paylaşımda tərəflərin NATO ilə "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlığı və regionda mövcud vəziyyəti müzakirə etdikləri qeyd olunub.

Xəbər lenti