IMG-LOGO

ETX uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı sosial videoçarx hazırlayıb

06 May 2026 18:16 2 baxış
IMG

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) uşaqların internet mühitində üzləşə biləcəyi risklərlə bağlı maarifləndirici sosial videoçarx hazırlayıb.

"Report" ETX-ya istinadən xəbər verir ki, rəqəmsal mühitdə aktiv olan uşaqlar interneti əksər hallarda yalnız əyləncə vasitəsi kimi qəbul edirlər. Lakin virtual aləmdə qarşı tərəfin kimliyini müəyyən etmək hər zaman mümkün olmur. Tanınmayan profillər, təsadüfi linklər və ya adi görünən ünsiyyət halları belə onların fərdi məlumatlarının risk altına düşməsi ilə nəticələnə bilər.

Hazırlanan videoçarxda bu kimi risklərdən bəhs olunur, həm uşaqlara, həm də valideynlərə diqqətli davranmağın vacibliyi xatırladılır.

ETX uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı sosial videoçarx hazırlayıb

Xəbər lenti