IMG-LOGO

IsDB indiyə qədər Azərbaycana 1 milyard dollardan çox vəsait ayırıb

07 May 2026 10:32 26 baxış
IMG

Bu günə qədər İslam İnkişaf Bankı (IsDB) Qrupu Azərbaycanda 18 tamamlanmış və bir davam edən layihə üçün dövlət zəmanəti ilə 1 milyard ABŞ dollarından çox vəsait ayırıb.

"Report" xəbər verir ki, bunu İSB-nin Özəl Sektor Yol Xəritəsi (Roadshow) ​"Davamlı Rifah üçün Regional İnteqrasiya" tədbirində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.

Onun sözlərinə görə, ​son illərdə IsDB Qrupu ilə əməkdaşlıq daha da dinamikləşib: "Bir sıra yüksək səviyyəli görüşlər və səfərlər baş tutub. Bu fəaliyyətlər strateji əhəmiyyət kəsb edən sahələrdə əməkdaşlığı genişləndirmək üçün qarşılıqlı sadiqliyimizi nümayiş etdirir."

Xəbər lenti