IMG-LOGO

CENTCOM: Hörmüz boğazında "F-35" qırıcısı patrul xidməti həyata keçirir

13 May 2026 18:44 6 baxış
IMG

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı ərazisində "F-35 Lightning II" qırıcı təyyarəsinin patrul xidməti həyata keçirdiyini bəyan edib.

"Report" xəbər verir ki, bu barədə məlumat CENTCOM-un "X" sosial şəbəkə hesabında yayılıb.

"ABŞ Hərbi Hava Qüvvələrinin "Lockheed Martin F-35 Lightning II" qırıcısı Hörmüz boğazı yaxınlığında regional sular üzərində patrul xidməti həyata keçirir. "F-35A" səsdən sürətli uçuş imkanını qoruyaraq 18 000 funt (təxminən 8 165 kq) döyüş sursatı daşıma qabiliyyətinə malikdir", - məlumatda deyilir.

Xəbər lenti