IMG-LOGO

Sürcülərin NƏZƏRİNƏ: İzmir küçəsi iki gün bağlı olacaq

13 May 2026 19:26 5 baxış
IMG
1 0

İzmir küçəsinin bir hissəsində təmir işləri aparılacaq. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a bildirilib ki,  Yasamal rayonu, İzmir küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Tbilisi prospektinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar mayın 13-ü saat 23:00-dan mayın 15-i saat 24:00-dək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

 

İzmir küçəsi Yasamal rayonu

Xəbər lenti