ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) humanitar yardım daşıyan 15 gəminin Hörmüz boğazından keçməsinə icazə verib.
"Report" xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
CENTCOM-un məlumatına görə, son dörd həftə ərzində ABŞ qüvvələri İran limanlarına daxil olan və oradan çıxan 67 kommersiya gəmisinin keçidinin qarşısını alıb, eləcə də 4 gəmini sıradan çıxarıb.
Bundan əlavə, bu həftənin əvvəlində CENTCOM qüvvələri xəbərdarlıq atəşi ilə iki kommersiya gəmisini kursunu dəyişməyə məcbur edib və boğazda nəzarət tədbirlərinin tam şəkildə qüvvədə qaldığını vurğulayıb.