IMG-LOGO

Rusiya səfiri Ukraynaya hücumlarla bağlı Macarıstan XİN-ə çağırılıb

13 May 2026 21:23 3 baxış
IMG

Rusiyanın Budapeştdəki səfiri ölkəsinin Silahlı Qüvvələrinin Ukraynanın qərbinə zərbəsindən sonra Macarıstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Report"un HVG-yə istinadən məlumatına görə, bu barədə Macarıstanın Baş naziri Peter Madyar bildirib.

"Macarıstan hökuməti Zakarpatiyadakı pilotsuz təyyarə hücumunu qətiyyətlə pisləyir. Macarıstanın xarici işlər naziri Anita Orban Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb", - o deyib.

Daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Ukraynanın qərb bölgələrinə kütləvi hava hücumu təşkil etdiyi bildirilib. Hücum zamanı Volınsk və Zakarpatiya bölgələrində yaşayış binalarına və vacib infrastruktura zərbələr endirilib.

Ukrayna lideri Volodimir Zelenski bildirib ki, Rusiya 800-dən çox pilotsuz təyyarədən istifadə edərək ölkəsinə ən uzunmüddətli hava hücumlarından birini həyata keçirib.

Xəbər lenti