IMG-LOGO

AMB rəsmisi: "Banklar müştərilərinə daha fərdi kredit təklif edə biləcək"

14 May 2026 10:39 2 baxış
IMG

Azərbaycanda banklar müştərilərinə daha fərdiləşdirilmiş kredit təklif edə biləcəklər.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirib.

"Açıq Bankçılıq" olmayanda, siz yalnız hesabınızın olduğu mobil tətbiqdəki məlumatları görə bilirsiniz. "Açıq Bankçılıq" olanda isə siz digər bütün banklardakı olan hesablarınızı da tətbiqə əlavə eləməklə, ümumi olaraq bütün hesablarınızın finans-məlumatlarını görə bilirsiniz. ​Təşkilat üçün ikinci əsas dəyər odur ki, həmin bu məlumatları istifadə edərək müştəri üçün fərdiləşmiş hansısa bir məlumat təklif edə bilir. Məsələn, nümunə olaraq desək, indiki halda hansısa bank təklif eləyə bilər ki, biz sizə 20 minə qədər kredit veririk. Bu, bütün adamlara şamil olunurdu - şərti olaraq 500 manat maaş alana da, 5 000 manat əməkhaqqı alana da. İndiki vaxtda isə bank sizin dəqiq gəlirlərinizi görəndə, sırf sizə aid olan fərdiləşmiş hansısa məlumat təklif edə bilər ki, şəxsən sizə bu qədər məbləğ düşür", - deyə o qeyd edib.

Bundan başqa, AMB rəsmisi deyib ki, "Açıq bankçılıq" şəraitində vətəndaşların bütün dövriyyəsini görmək mümkündür: "Müştərinin digər banklardakı əməkhaqqına aid olan və olmayan gəlirləri nəzərə alınır - görmək olur ki, hansısa vətəndaşın hesabına hər ay müəyyən qədər vəsait daxil olur. Bu da dövriyyə krediti adlanır – yəni bütün gəlirlər nəzərə alınaraq hansısa məbləğdə kredit ayırmaq mümkün olur. ​Birbaşa ödənişlər əsas məsələlərdən biridir, kart üzərindən olduğu üçün üçüncü tərəflər onu nəzərə alır, məlumatlar ora da gedir. "Açıq bankçılıq" çərçivəsində biz ödənişləri sırf lokal olaraq ölkə daxilində icra edə bilərik və bu ölkəmiz üçün böyük bir şeydir ki, məlumatlar kənara çıxmır".

Xəbər lenti